Home | About Project | NBG | Glossary | Legislation | Contacts

State Budget


Oil Fund (SOFAZ)



Survey

How much do you think the annual price of a barrel of crude oil on commodity exchanges in 2015 will average?
Below $30
Between $30-$35
Between $35-$40
Between $40-$45
Between $45-$50
Between $50-$60
Between $60-$70
Above $70


Visitors

ILK-10 Azeri Website Directory


2012-ci ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 79 faiz icra olunub


budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3487,7 milyon manat,  xərcləri 2843,2 milyon manat olmuş, 644,5 milyon manat məbləğində büdcə profisiti yaranıb.

Məlumata görə, 2012-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 98,5 faiz icra olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 719,3 milyon manat və ya 26  faiz çoxdur.

Vergilər Nazirliyi mədaxil proqnozunu 112,6 faiz icra etməklə dövlət büdcəsinə 1390,4 milyon manat vəsait köçürüb. Bu da proqnoza nisbətən 156,1 milyon manat, 2011-ci ilin eyni dövrü ilə müqayisədə isə 229,5 milyon manat və ya 19,8 faiz çoxdur.

2012-ci ilin birinci rübündə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 251,7 milyon manat həcmində vəsait daxil olub. Komitə proqnoza 100,3 faiz əməl edib.

2012-ci ilin birinci rübündə sair gəlirlərdən nəzərdə tutulan 4,5 milyon manata qarşı büdcəyə 5,8 milyon manat və ya proqnoza nisbətən 28,9 faiz çox vəsait daxil olub.

Dövlət Neft Fondundan büdcəyə transfer olunan vəsaitin həcmi 1839,8 milyon manat rəşkil edib.

2012-ci ilin  birinci rübündə dövlət büdcəsinin xərcləri 79 faiz icra edilib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 755,8  milyon manat və ya 36,2  faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübü ərzində dövlət büdcəsindən sosialyönümlü xərclərin maliyyələşdirilməsinə 41,4 faiz və ya 1178,3 milyon manat yönəldilib. Xərclənən vəsait 2011-ci ilin eyni dövrü ilə müqayisədə 178,3 milyon manat və ya 17,8 faiz çoxdur.

Hesabat dövründə 2011-ci illin müvafiq dövrü ilə müqayisədə sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 437,6 milyon manat (80,1 faiz), sosial müdafiə və sosial təminat xərclərinə 152,2 milyon manat (37,3 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq  xərclərinə 38,2 milyon manat (29 faiz), ümumi dövlət xidmətləri xərclərinə 37,9 milyon manat (22,9 faiz), iqtisadi fəaliyyətlə bağlı xərclərə 16,1 milyon manat (58,3 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 10,4 milyon manat (32,5  faiz), səhiyyə xərclərinə 9  milyon manat (12,3 faiz), mənzil və kommunal təsərrüfatı xərclərinə 5,5 milyon manat (19,4 faiz), nəqliyyat və rabitə xərclərinə 2,1  milyon manat (19,6 faiz) çox vəsait yönəldilib.

2012-ci ilin birinci rübündə ərzində istifadə olunan 984 milyon manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 138,6 milyon manat, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına, müvafiq avadanlıqların alınmasına və digər sahələrə 845,4 milyon manat vəsait yönəldililib.



Baxış sayı: 866

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb