Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Bakı şəhərində yeni İdman-Konsert Kompleksinin tikintisinə 58 milyon manat ayrılıb


Hökumət Bakı şəhərində İdman-Konsert Kompleksinin tikintisi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə 58 milyon manat məbləğində vəsait ayırıb. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Nazirlər Kabinetinin 8 avqust 2011-ci il tarixli, 233s saylı sərəncamına görə, Bakı şəhərində İdman-Konsert Kompleksinin tikintisi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə 58 milyon manat məbləğində vəsait ayırıb.

Sərəncam “Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1620 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə verilib.

Kompleksin tikintisi üçün tələb olunan vəsait Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə ehtiyat vəsait üçün nəzərdə tutulmuş məbləğin 58 milyon manat azaldılması hesabına əldə ediləcək.

 

Hörmətli oxucular! Məlumatdan istifadə etdikdə budget.az saytına istinad etmək vacibdir. 

 
 
 

Baxış sayı: 1475

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb