Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


BVF Azərbaycana büdcə xərclərini azaltmağı tövsiyə edir


Beynəlxalq Valyuta Fondu Azərbaycanda inflyasiyanın səviyyəsinin nəzarətdə saxlanılması üçün 2012-ci ildə dövlət büdcəsi xərclərinin azaldılmasını tövsiyə edib. budget.az saytının «APA-ECONOMICS»ə istinadən verdiyi məlumata görə, bu barədə BVF tərəfindən Azərbaycan üzrə IV Maddəyə dair aparılan məsləhətləşmələrin yekunlarına həsr olunmuş Vaşinqton-Bakı video-konfransında BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

Missiya rəhbəri Azərbaycanda ortamüddətli fiskal siyasət neftdən asılı olduğunu bildirib. Dövlət Neft Fondunun fəaliyyətini yüksək qiymətləndirən N.İlahi bununla yanaşı, qeyd edib ki, neftdən əldə olunan gəlirlər büdcə xərclərini artırmamalıdır: «Büdcə xərclərinin artırılması və iqtisadi artım ölkədə inflyasiya ilə bağlı təzyiqlərə səbəb ola bilər. Məhz buna görə Azərbaycan büdcə xərclərini bir qədər azaltmalıdır».

BVF rəsmisinin sözlərindən məlum olub ki, Azərbaycan büdcə xərclərinin azaldılmasına artıq bu ildən başlamalıdır. Onun sözlərinə görə, ölkədə inflyasiyanın birrəqəmli həddə qalması 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin tam yerinə yetirilməyəcəyi təqdirdə mümkündür: «Ümumiyyətlə, Azərbaycanda 2011-ci ildə inflyasiyanın səviyyəsi aşağı olub. Bu da qlobal ərzaq bazarında qiymətlərin aşağı olması ilə bağlıdır».

N.İlahi qeyd edib ki, Azərbaycan inflyasiyanın səviyyəsinə valyuta məzənnəsini çevik saxlamaqla da nəzarət edə bilər.


Baxış sayı: 1584

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb