Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


“Evrovision-2012” mahnı müsabiqəsi üçün 64 milyon manatlıq konsert zalı


“Evrovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçiriləcəyi “Bakı Kristal Zalı”n  tikintisi təxminən 64 milyon  manata başa gələcək. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.

Nazirlər Kabinetinin 20 oktyabr 2011-ci il tarixli, 331s saylı sərəncamına əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə 57,6 milyon manat həcmində vəsait ayırıb.

Bundan əvvəl ölkə prezidentinin 11 iyul 2011-ci il tarixli Fərmanı ilə müasir İdman-Konsert Kompleksinin tikintisinə Prezidentinin ehtiyat fondundan Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6 milyon manat məbləğində vəsait ayrılmışdı.

Kompleksin tikintisi üçün Əmlak Məsələləri Dövlət Komitəsi ötən il Almaniyanın “Alpine Bau Deutchland AG” şirkətini podratçı kimi seçib və həmin ilin avqust ayında bu şirkətlə müqavilə imzalayıb. Müqavilə əsasında şirkət paytaxtın Dövlət Bayrağı Meydanı ərazisində inşası planlaşdırılan və “Bakı Kristal Zalı” adlandırılan Kompleksi 8 ay ərzində başa çatdırmaq öhdəliyi götürüb.

Qeyd edək ki, tikintiyə ayrılan 57,6 milyon manat həcmində vəsait bir sıra rayonlarda, o cümlədən Astara, Daşkəsən, Gədəbəy, Xırdalan, Qazax, Samux və Tərtər şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Azərbaycan tərəfinin payının ödənilməsi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılmalı olan vəsaitin azaldılması hesabına əldə olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin digər sərəncamı ilə “Evrovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ilə əlaqədar İctimai Televiziya və Radio Yayımları Şirkətinə 8,5 milyon manat ayrılmışdı.  



Hörmətli oxucular! Məlumatdan istifadə etdikdə budget.az saytına istinad etmək vacibdir.  


Baxış sayı: 2525

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb