Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Büdcə təşkilatlarında çalışanların maaşları dəqiqləşdirilib


Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarını müəyyənləşdirib. budget.az saytının «APA-ECONOMICS»ə istinadən verdiyi məlumata görə, «Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında» Azərbaycan prezidentinin 2011-ci il 29 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə qəbul edilən qərarda 17 elm və digər təşkilatlarda çalışanların aylıq maaşları müəyyənləşdirilib.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin aylıq əmək haqqı 1 513 manat, I vitse-prezidenti – 1 056 manat, AMEA-nın aparıcı mütəxəssis və mütəxəssislərinin maaşları 319 manat və 286 manat müəyyənləşdirilib.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektorunun maaşı 968 manat, burada çalışan pedaqoji heyətin (professor, dosent, baş müəllim, müəllim) maaşları 261-473 manat arasında müəyyənləşdirilib.


Qərara əsasən, «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, icra hakimiyyəti orqanları nəzdində mərkəzləşdirilmiş mühasibatlıq işçiləri, dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin idarə aparatı və AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyi, Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun işçilərinin aylıq vəzifə maaşları da müəyyənləşdirilib.


Bundan başqa, elm sahəsində vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 30 manat əlavə ediləcək. Bu qərarın əhatə etdiyi digər sahələrdə isə vəzifə maaşlarında elmlər doktoru elmi dərəcəsi üzrə 30 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 18 manat əlavə ediləcək.


Baxış sayı: 1653

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb