Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Azərbaycanın “Açıq Büdcə İndeksi 2015”-də mövqeyi yüksəlib


Dünyada dövlət büdcələrinin şəffaflığını qiymətləndirən yeganə müstəqil və müqayisəli ölçü olan “Açıq Büdcə İndeksi”nin 2015-ci il raundunun nəticələri açıqlanıb. budget.az saytının məlumatına görə, Azərbaycan indeksdə 100 mümkün baldan 51 bal toplayaraq indeksin 2012-ci il raundunun nəticəsi (100 mümkün baldan 42 bal) ilə müqayisədə mövqeyini daha da yaxşılaşdırıb.

Beləliklə, əgər Azərbaycan “Açıq Büdcə İndeksi 2012”-dəki qiymətləndirmədə iştirak edən 100 ölkə arasında 58-ci yerdə qərarlaşmışdısa, “Açıq Büdcə İndeksi 2015”-də 102 ölkə arasında 42-ci yerdə mövqe tutub. Azərbaycanın indeksdə topladığı bal (51) qlobal ortalamadan (45) bir qədər yüksəkdir.
 
“Açıq Büdcə İndeksi” 140 sualdan ibarət olan “Açıq Büdcə Sorğusu”nun (Open Budget Survey) 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür. 2014-cü ilin martından 2015-ci ilin sentyabrına qədər 18 aylıq dövrdə dünyanın 102 ölkəsində eyni vaxtda aparılan bu qlobal tədqiqat layihəsinin Azərbaycan üzrə tədqiqatçısı Kənan Aslanlı bildirib ki, Azərbaycanın mövqeyinin indeksdə yaxşılaşmasının əsas səbəbi Maliyyə Nazirliyinin vətəndaş büdcəsini hazırlayıb ictimaiyyətə təqdim etməsi olmuşdur. Bununla belə büdcəöncəsi bəyanat və yarımillik büdcə icmalı sənədlərinin beynəlxalq standartlara uyğun olaraq vaxtında hazırlanıb açıqlanmasına ehtiyac vardır.
 
Eyni zamanda, o da birmənalıdır ki, yalnız şəffaflıq dövlət maliyyəsinin səmərəli idarəetməsi üçün kifayət deyil və büdcə prosesində ictimai iştirakçılıq imkanlarının genişləndirilməsi də zəruridir. Azərbaycan büdcə prosesində ictimai iştirakçılıqla bağlı qiymətləndirmədə 100 mümkün baldan 19 bal toplayıb (qlobal ortalama 25). Bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Nazirliyi və Milli Məclisin İqtisadi Siyasət Komitəsi tərəfindən dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş açıq ictimai dinləmələr keçirilə bilər. İndeksin Azərbaycan üzrə ölkə hesabatında Parlamentin və ali audit qurumu olan Hesablama Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində effektiv təsir imkanlarının gücləndirilməli olduğu da vurğulanıb. Milli Məclisin nəzdində ixtisaslaşmış büdcə tədqiqatları ofisinin formalaşdırılması təklif edilib.
 
İndeks barədə geniş məlumat:
 
 
 
 

Baxış sayı: 1678

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb