Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?


Büdcə gəlirlərinin formalaşması üçün neftin qiymətinin real həddə götürülməsi çox vacibdir. Hər il növbəti ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bu məsələ gündəmə gəlir. Ötən ildən başlayaraq dünya bazarlarında neftin 2 dəfədən çox ucuzlaşması onun büdcədəki qiymətinə diqqəti daha da artıb. 2014-cü ilin büdcəsində neftin qiyməti barel üçün 100 dollar, 2015-ci ilin büdcəsində 90 dollar nəzərdə tutulduğu halda 2016-cı ilin büdcəsində ilkin məlumatlara görə, bu rəqəm 50 dollar həddində götürülüb. 

Bəs, neftin bu qiyməti nə dərəcədə realdır? budget.az saytı 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi dövründə neftin qiyməti barədə ictimaiyyətin, o cümlədən ekspertlərin fikrini öyrənmək üçün öz səhifəsində internet sorğu yerləşdirib. 

İnternet sorğuda yerləşdirilmiş “Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?” sualına ümjumilikdə 102 nəfər münasibət bildirib. 

Sorğunun nəticələrinin təhlili göstərir ki, rəyi soruşulanların 13%-i hökumətin fikrini bölüşür. Sorğuda iştirak edənlərin 79%-i hesab edir ki, hökumətin götürdüyü 50 dollarlıq hədd yüksəkdir. 8% hesab edir ki, bu hədd daha da artırıla bilər. 

Sorğu iştirakçıları (30%) əsas üstünlüyü 45 dollara verib. Onların 27%-i neftin qiymətinin 40 dollardan, 10%-i 35 dollardan götürülməsinə tərəfdardır.  12% respondent hesab edir ki, büdcədə neftin qiyməti hətta 30 dollardan da az olmalıdır. Bundan başqa 55 dollar (4%), 60 dollar (2%) və hətta 70 dollar (2%) görmək istədiyini qeyd edənlər də olub.

 

 budget.az saytı qeyd edir ki, internet sorğusunda sosioloji və texniki parametrləri gözləmək mümkünsüz olduğundan sorğunun nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.


Baxış sayı: 1882

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb