Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Son 5 ilin ən aşağı dövlət büdcəsi təsdiqləndi


Dekabrın 7-də ölkə prezidenti 2016-cı il dövlət büdcəsini təsdiqləyib. Büdcə gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat proqnozlaşdırılıb. Bununla da büdcə xərcləri son 5 ilin ən aşağı həddinə düşüb. 2011-ci ildə dövlət büdcəsinin xərcləri 15,4 milyard manat olub. Dövlət büdcəsinin kəsiri 1 milyard 698 milyon manat olacaq. 

budget.az saytı Azərtac dövlət agentliyinə istinadən xəbər verir ki, dekabrın 7-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə  Azərbaycan Respublikası Prezidentinin Fərmanını imzalayıb. 

Fərmana görə, 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 13 milyard 799  milyon 654,5 min manat, yerli gəlirləri 766 milyon 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 milyard 722  milyon 749,0 min manat, yerli xərcləri 1 milyard 541 milyon 251,0 min manat) məbləğində təsdiq edilib. 

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 milyard 698 milyon manat, icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 milyard 956 milyon 524,8 min manat məbləğində müəyyənləşdirilib. 

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin kəsiri 9 milyard 947 milyon 954,7 min manat məbləğində müəyyən olunub.

 

Daha ətraflı:

Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 


Baxış sayı: 3087

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb