Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2015-ci ilin büdcə gəlirləri 12%, xərcləri isə 16% kəsirlə icra olunub


2015-ci ilin dövlət büdcəsinin proqnozunu tam icra etmək mümkün olmayb. Büdcə gəlirləri 88,2%, xərcləri isə 84,3% icra olunub. budget.az saytının məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2015-ci il üzrə dövlət büdcəsinin icrasına dair operativ məlumatında qeyd edilib. Ötən il üzrə dövlət büdcəsinin mədaxili 17153,2 milyon manat, xərcləri 17786,8 milyon manat olub. Dövlət büdcəsinin kəsiri 633,6 milyon manat təşkil edib. 

Nazirliyin məlumatına görə, 2015-ci il üzrə dövlət büdcəsinin mədaxili 19438,0 milyon manat proqnoza qarşı 17153,2 milyon manat və yaxud 88,2 faiz icra olunub. 

Həm Vergilər Nazirliyi, həm də  Dövlət Gömrük Komitəsi mədaxil proqnozunu 100,1 faiz icra etməyə müvəffəq olub. 

Vergilər Nazirliyi dövlət büdcəsinə 7118,2 milyon manat məbləğində vəsait köçürüb. Bu, ötən illə müqayisədə 4,5 milyon manat və yaxud 0,1 faiz çoxdur. Həmin vəsaitin 70,5 faizi və yaxud 5018,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilə nisbətən 711,6 milyon manat və yaxud 16,5 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1591,9 milyon manat köçürüb ki, bu da 2014-cü illə müqayisədə 5,4 faiz və yaxud 81,1 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 222,6 milyon manat olub. Bu 2014-cü illə müqayisədə 7,4 faiz və yaxud 15,3 mln. manat çoxdur. 

2015-ci ildə sair daxilolmalardan büdcəyə nəzərdə tutulan 48,0 milyon manata qarşı 2 dəfə çox, yəni 90,5 milyon manat vəsait daxil olub. 

Dövlət Neft Fondundan dövlət büdcəsinə 8130,0 milyon manat vəsait transfert edilib. Halbuki proqnozda 10388,0 milyon manat nəzərdə tutulmuşdu.

2015-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 5086,9 milyon manat icra olunub. 

2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3 faiz və yaxud 17786,8 milyon manat icra edilib. 

2015-ci il ərzində dövlət büdcəsi xərclərinin 10361,5 milyon manatı və yaxud 58,2 faizi cari xərclərə, 6720,9 milyon manatı və yaxud 37,8 faizi əsaslı xərclərə, 704,4 milyon manatı və yaxud 4,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. 

Dövlət büdcəsi xərclərinin 31,9 faizi və yaxud 5665,9 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 188,0 milyon manat və yaxud 3,4 faiz çoxdur.

Funksional təsnifata uyğun olaraq 2015-ci ildə 2014-cü illə müqayisədə nəqliyyat və rabitə xərclərinə 35,4 faiz (31,2 mln. manat), ümumi dövlət xidmətləri xərclərinə 24,4 faiz (347,6 mln. manat), müdafiə xərclərinə 12,2 faiz (184,7 mln. manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,2 faiz (31,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 8,5 faiz (42,9 mln. manat), səhiyyə xərclərinə 6,4 faiz (42,9 mln. manat), təhsil xərclərinə 3,3 faiz (51,3 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 0,2 faiz (2,2 mln. manat) ) çox vəsait yönəldilib.

2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4994,4 mln. manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1 faiz olub. 

2015-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5628,4 milyon manat icra olunub.  

 


Baxış sayı: 2978

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb