Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2015-ci ilin dövlət büdcəsi 84,3% icra olunub


Dünya əmtəə bazarlarında neftin ucuzlaşması fonunda 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 10%, xərcləri isə 15,7% kəsirlə icra olunub. Büdcə kəsiri 286,57 milyon manat olub. budget.az saytının məlumatı bu barədə mayın 31-də təsdiq edilmiş «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikası Qanununa istinadən məlumat verir. 

«Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında» Qanuna görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manatlıq proqnoza qarşı 17 milyard 498 milyon manat icra olunub. Büdcə gəlirlərinin icra səviyyəsi 90 faiz olub.   

2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 41,6 faizini qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 7,6 faiz-bənd, 2013-cü illə müqayisədə 14,7 faiz-bənd çoxdur. 

2015-ci il dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon manatlıq proqnoza qarşı 17 milyard 784,5 milyon manat icra olunub. Büdcə xərclərinin icra səviyyəsi 84,3 faiz təşkil edib. Dövlət büdcəsi xərclərinin ÜDM-də  xüsusi çəkisi 32,7 faizə bərabər olub.  

Strukturuna görə 2015-ci il dövlət büdcəsi xərclərinin 9 milyard  763,1 milyon manatı və ya 54,9 faizi cari xərclərə, 7 milyard 316,9 milyon manatı və ya 41,1 faizi əsaslı xərclərə, 704,5 milyon manatı və ya 4,0 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. 

Büdcə kəsiri 1 milyard 662 milyon manat proqnoza qarşı  286 milyon 570,5 min manat olub. 

2015-ci il icmal büdcənin gəlirləri 20 milyard 716,8 milyon manat proqnoza qarşı 18 milyard 416,0 milyon manat və ya 88,9 faiz, xərcləri isə 25 milyard 911,0 milyon manat proqnoza qarşı 21 milyard 14,7 milyon manat və ya 81,1 faiz icra olunub. İcmal büdcənin kəsiri 2 milyard 598,7 milyon manat təşkil edib.

 


Baxış sayı: 2900

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb