Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Neft Fondu dövlət büdcəsində kəsir yaratdı


Fiskal qurumlarım öhdəliklərini artıqlaması ilə icra etməsinə rəğmən Neft Fondunun öhdəliyini tam yerinə yetirməməsi 2016-cı ilin ilk yarısında dövlət büdcəsində 687,7 milyon manat məbləğində kəsir yaradıb. budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertin təxminən yarısı köçürülüb. 

Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ilin altı ayında dövlət büdcəsinin mədaxili 6133,8 milyon manat, xərcləri 6821,5 milyon manat olub. İlin ilk yarısında büdcə kəsiri 687,7 milyon manat təşkil edib. Bu, 2016-cı ildə qeydə alınan ilk kəsir olub. Əvvəlki 5 ayda büdcə icrasında profisit qeydə alınmışdı. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb. 

Cari ilin I rübündə büdcə xərclərinə tətbiq edilən qənaət rejiminə II rübdə əməl olunmayıb. Belə ki, II rübdən 2455,3 milyon manatlıq mədaxilə qarşı 4198,1 milyon manat məxaric olunub. Ötən rün büdcə xərcləri büdcə gəlirlərini 2 dəfəyədək üstələyib.   

Fiskal qurumlar dövlət büdcəsi qarşısında öhdəliklərini artıqlaması ilə yerinə yetiriblər. Vergilər Nazirliyi mədaxil proqnozunu 102,0 faiz, Dövlət Gömrük Komitəsi isə 118,2 faiz icra edib. 

Yanvar-iyun aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 3190,1 milyon manat köçürüb. Həmin vəsaitin 77,8 faizi və ya 2481,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 242,7 milyon manat və ya 10,8 faiz çoxdur.

2016-cı ilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 995,4 milyon manat vəsait təmin edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz və yaxud 230,4 milyon manat çoxdur.

Dövlət Neft Fondundan büdcəyə 1760,0 milyon manat həcmində vəsait transfert edilib. Bu, nəzərdə tutulan transfertdən 1886,0 milyon manat və ya 51,7 faiz azdır. 

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 127,3 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 56,9 milyon manat vəsait daxil olub. 

Dövlət büdcəsinin xərcləri 2016-cı ilin altı ayında kəsirlə icra olunub. İcra səviyyəsi 6821,5 milyon manat olub ki, bu da proqnozun 88,8 faizi qədərdir. 

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 43,4 faizi və yaxud 2958,5 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və yaxud 211,2 milyon manat çoxdur.

Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 103,1 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 532,0 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 19,1 milyon manat vəsait yönəldilib.

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 9262,7 milyon manat, icmal büdcənin xərcləri isə 8226,1 milyon manat icra olunub. İcmal büdcənin profisiti 1036,6 milyon manat təşkil edib.

 

 


Baxış sayı: 3410

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb