Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2016-cı ilin 9 ayında dövlət büdcəsi: Neft Fondunun yaratdığı kəsiri Gömrük Komitəsi azaldıb


2016-cı ilin 2-ci rübündə dövlət büdcəsinin icrasında yaranmış 687,7 milyon manatlıq kəsir 3-cü rübdə bir qədər azalaraq 519,1 milyon manata düşüb. Neft Fondunun öhdəliyini 57,9% icra etməsi fonunda Gömrük Komitəsinin 25,6% artıq ödəməsi kəsiri azalda bilib. budget.az saytının məlumatına görə, bu barədə Maliyyə Nazirliyi 2016-cı ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına dair  rəsmi məlumat yayıb. 

Nazirliyin məlumatına görə, 2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10103,1 milyon manat, xərcləri 10622,2 milyon manat olmuş, 519,1 milyon manat məbləğində büdcə kəsiri yaranıb.

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12098,3 milyon manat proqnoza qarşı 10103,1 milyon manat və ya 16,5 faiz az icra olunub. 

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4926,3 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 78,0 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür.  Qeyri-neft sektorundan daxilolmaların payı bu müddətdə 9,6 faiz-bənd artıb. 2015-ci ildə bu göstərici 68,4 faiz olub. İlin 9 ayında qeyri-neft sektorundan 3843,8 milyon manat daxil olub ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 milyon manat və ya 10,8 faiz çoxdur.

Hesabat dövründə  Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1653,8 milyon manat vəsait təmin edib. Gömrükdən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 milyon manat və ya 47,1 faiz çox olub. 

Dövlət Neft Fondundan dövlət büdcəsinə 3260 milyon manat vəsait daxil olub. Fond büdcə qarşısındakı öhdəliyi 57,9% icra edib. Dövlət büdcəsinə Fond tərəfindən 2370,5 milyon manat köçürülüb.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 milyon manat,  sair daxilolmalar üzrə isə 70,1 milyon manat təşkil edib. 

Yola saldığımız doqquz ayda dövlət büdcəsindən ümumilikdə 10622,2 milyon manat xərclənib. Bu vəsait nəzərdə tutulandan 12,7 faiz azdır. 

İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4514 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 milyon manat və ya 9,9 faiz çoxdur.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1151,7 milyon manat vəsait yönəldilib. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət əsaslı qoyuluşu xərclərindən 29 milyon manat ayrılıb. 

2016-cı ilin 3-cü rübündə dövlət büdcəsinə 3969,3 milyon manat vəsait daxil olub, 3800,7 milyon manat xərclənib. 

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14951 milyon manat, icmal büdcənin xərcləri isə 12623,4 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 mln. manat təşkil edib.

 


Baxış sayı: 3620

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb