Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Büdcə 2017: Ölkənin 3 böyük şəhərində sərnişindaşımaya 49 milyon manat ayrılacaq 


Gələn il ölkənin üç böyük şəhərində avtomobillə sərnişindaşıma sektoruna ümumilikdə 49 milyon manata yaxın vəsait ayrılacaq. Bu barədə budget.az 2017-ci lilin dövlət büdcəsi layihəsinə istinadən məlumat verir. 

Layihəyə görə, 2017-ci ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində sərnişindaşıma sektorunun fəaıkiyyətinin təkmilləşdirilməsinə ümumilikdə 48 milyon 833 min manat vəsait ayrılıb. Bu vəsaitin 2.3 milyon manatı bu şəhərlərdə yaradılmış qurumların saxlanmasına, 46,5 milyon manatı isə nəqliyyat sahəsində fəaliyyətlərinin təşkilinə yönəldiləcək. 

Bakı Nəqliyyat Agentliyinin saxlanmasına 2,1 milyon manat, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə 122,7 min manat, Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinə 117,7 min manat ayrılması nəzərdə tutulub. 

Bakı şəhərində sərnişindaşıma işinin təkmilləşdirilməsi üçün Bakı Nəqliyyat Agentliyinə 46 milyon manat ayrılacaq. Gəncə və Sumqayıtdakı sərnişindaşıma İdarələrinin hər birinə bu məqsədlə 250 min manat ayrılması nəzərdə tutulub. 

Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi 2016-cı ildə prezidentin fərmanı ilə yaradılıb.

 


Baxış sayı: 3157

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb