Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Büdcə 2016: gəlirlərin 26%-i dekabr ayında, 42%-i sonuncu rübdə formalaşıb


Büdcə gəlirlərinin ¼-i sonuncu ayda, təxminən yarısı sonuncu rübdə formalaşan 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 4% çox, xərcləri isə 4,1% az icra olunub. budget.az saytının məlumatına görə, Maliyyə Nazirliyi rəsmi açıqlama yayıb. 

Nazirliyin rəsmi açıqlamasına görə, büdcə gəlirlərinin 26%-i dekabr ayında, 42%-i  IV rübdə formalaşıb. Dekabr ayında büdcə gəlirləri 4535,7 milyon manat, sonuncu rübdə isə 7398,1 milyon manat icra olunub. 

2016-cı il üzrə dövlət büdcəsinin gəlirləri 16822 milyon manat proqnoza qarşı 17501,2 milyon manat olub. 

Vergilər Nazirliyi tərəfindən proqnoza tam əməl olunmaqla dövlət büdcəsinə 7015,2 milyon manat vəsait köçürülüb. Həmin vəsaitin 77,1 faizi (5408,2 milyon manat) qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilə nisbətən 379,8 milyon manat və ya 7,6 faiz çoxdur. Nazirliyi xəttilə daxilolmaların 1.607 milyard manatı neft sektorunun vergi ödənişləridir. 

Dövlət Gömrük Komitəsi proqnoza 26,6 faiz artıqlaması ilə yerinə yetirib. Komitə dövlət büdcəsinə 2015-ci illə müqayisədə 44 faiz çox - 2291,6 milyon manat vəsait köçürüb. 

2016-cı ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 239,1 milyon manat, maliyyə aktivlərinin yenidən qiymətləndirilməsindən 130,9 milyon manat, verilmiş kreditlərin qaytarılması və dövlət zəmanətləri üzrə 68,8 milyon manat, o cümlədən xarici kreditlər üzrə 54,2 milyon manat, cərimə və sanksiyaların tətbiqindən 40,4 milyon manat, sair daxilolmalardan 92,2 milyon manat vəsait dövlət büdcəsinə daxil olub. 

İlin 3 rübünü öhdəliyini kəsirlə icra edən Dövlət Neft Fondu sonuncu rübdə öhdəliyi tam yerinə yetirə bilib. Ötən il Fondan dövlət büdcəsinə 7615 milyon manat vəsait transfert edilib. Bu vəsait 2015-ci illə müqayisədə 6,3 faiz azdır. Dövlət Neft Fondundan dövlət büdcəsinə I-III rüblərdə 3260 milyon manat, IV rübdə isə 4355 milyon manat köçürülüb.

2016-cı ildə dövlət büdcəsinin xərcləri proqnozdan 4,1 % az olmaqla 17742,4 milyon manat icra edilib.  Büdcə xərclərinin 21,5%-i dekabrın, 40,1%-i isə sonuncu rübə düşür. Təkcə dekabr ayında büdcə vasitəsilə ölkə iqtisadiyyatına 3,8 milyard manat yönəldilib. Oktyabr-dekabr aylarında büdcə xərcləmələri 7,1 milyard manat olub. 

2016-cı il ərzində dövlət büdcəsi xərclərinin 11693 milyon manatı və ya 65,9 faizi cari xərclərə, 4283,9 milyon manatı və ya 24,1 faizi əsaslı xərclərə, 1765,5 milyon manatı və ya 10 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. 

Dövlət büdcəsi xərclərinin 35,2 faizi və ya 6237,4 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2015-ci illə müqayisədə 571,5 mln. manat və ya 10,1 faiz çoxdur. 

Dövlət büdcəsinin kəsiri 242,1 milyon manat olub. Hökumət 3-cü rübdə yaranmış 519,1 milyon  manatlıq kəsiri bir qədər azalda bilib. 

İcmal büdcə 2016-cı ilin icmal büdcəsinin gəlirləri 21581,6 mln. manat, xərcləri isə 21406,0 mln. manat icra olunub.

 

 

 

 

 


Baxış sayı: 2043

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb