Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Dövlət büdcəsi 2 ayda: gəlirlər azalıb, xərclər artıb


2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsində 178,8 milyon manatlıq profisit yaranıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 5,8 dəfə azdır. budget.az saytının məlumatına görə, 2016-cı ilin ilk iki ayında yaranmış büdcə artıqlığının həcmi 1036,6 milyon manat olub.

"Report" informasiya agentliyinin Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, dövlət büdcəsinə 2017-ci ilin yanvar-fevral aylarında 2 370,5 mln. manat vəsait daxil olub, büdcədən isə 2 191,7 milyon manat xərclənib. Bu dövrdə büdcənin icrasında 178,8 milyon manatlıq profisit yanaıb və bu ÜDM-in 1,8%-i səviyyəsində olub.

Büdcə profisitinin həddi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azalsa da 2014 və 2015-ci illərin uyğun dövrü ilə müqayisədə çox olub. 2014-cü ilin yanvar-fevral aylarında 49,5 milyon AZN, 2015-ci ilin yanvar-fevral aylarında isə 80 milyon manat olub. (Qrafik 1)

 

Dünya bazarlarında neftin ucuzlaşması səbəbindən glirlərin azalması dövlət büdcəsinin gəlir və xərclərində də nəzərə alınıb.  2015-ci ildən başalayaqbüdcəsinin mədaxil və məxaric hissəsində azalma müşahidə edilib. Büdcə gəlirləri 2014-cü ildəki 3.1 milyard manatdan bu ilin iki ayındakı 2,4 milyard manata düşüb. Büdcə xərcləri isə 3,1 milyard manatdan 2.2 milyard manata qədər azalıb.  (Qrafik 2)

Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirlərinin icrası azaldığı halda büdcə xərcləri artıb. 2016-cı illə müqayisədə yola saldığımız iki ayda büdcə gəlirlərinin icrası 12 milyon manat azalıb, xərclərin icrası isə 845,8 milyon manat artıb. (Qrafik 2)


Baxış sayı: 1853

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb