Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


I rübdə qeyri-neft sektoru üzrə vergi yığımları kəskin azalıb


Ötən ilin I rübündə dövlət büdcəsndə 1055,1 milyon manatlıq profisit olduğu halda bu ilin müvafiq dövründə 321,2 milyon manatlıq kəsir yaranıb. Büdcə xərclərinin 4,5 faiz az icra edilməsi kəsirin həcmini azaldıb. budget.az saytının maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə vergi yığımında 21,2% azalma olub. 

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 3473,0 milyon manat proqnoza qarşı 3591,5 milyon manat olub ki, bu da proqnozdan 3,4 faiz çoxdur. 

Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1420,8 milyon manat vəsait köçürülüb. Nazirlik öhdəliyi 103,8 faiz icra edib. Həmin vəsaitin 67,2 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşür. Birinci rüb qeyri-neft sektorundan 954,2 milyon manat məbləğində vergi yığılıb. Bu, neft gəlirləri azalmağa başladığı son iki ildə ən aşağı səviyyədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə vergi yığımında 21,2% azalma olub. 2016-cı ilin yanvar-mart aylarında neftdənkənar sektordan yığım 1210,7 milyon manat olub. 

Hesabat dövründə Dövlət Gömrük Komitəsi büdcəyə 571,0 milyon manat vəsait köçürüb. Komitə büdcə qarşısındakı öhdəliyə 117,5 faiz əməl edib. Gömrük yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz və ya 154,1 milyon manat çoxdur. 

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 62,6 milyon manat olub.  Bu mənbə üzrə artım 31,8% olub. Halbuki 2016-cı ilin I rübündə bu göstərici 47,5 milyon manat təşkil edib. 

Sair daxilolmalar üzrə büdcəyə 12,1 milyon manat vəsait daxil olub. Bu mənbə üzrə cəmisi 0,4 milyo manat artım qeydə alınıb.

İlin ilk üç ayında Dövlət Neft Fondundan dövlət büdcəsinə 1525 milyon manat vəsait transfert edilib. Ötən ilin müvafiq dövründə transfertin həcmi 1660 milyon manat olub. 

Dövlət büdcəsinin xərcləri proqnozdan 4.5 faiz az icra olunub. Yanvar-mart aylarında ölkə iqtisadiyyatına büdcədən 3912,7 milyon manat yönəldilib. 

Cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 1635,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu istiqamətdə xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz və ya 209 milyon manat çox olub.  

Hesabat dövründə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 216,8 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 676,1 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 22,2 milyon manat vəsait yönəldilib. 

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 5649,6 milyon manat, icmal büdcənin xərcləri isə 6752,7 milyon manat icra olunub. İcmal büdcənin kəsiri 1103,1 milyon manat təşkil edib.

 


Baxış sayı: 2034

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb