Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Xəbərlər


I rübdə qeyri-neft sektoru üzrə vergi yığımları kəskin azalıb

Ötən ilin I rübündə dövlət büdcəsndə 1055,1 milyon manatlıq profisit olduğu halda bu ilin müvafiq dövründə 321,2 milyon manatlıq kəsir yaranıb. Büdcə xərclərinin 4,5 faiz az icra edilməsi kəsirin həcmini azaldıb. budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, hesabat dövründə qeyri-neft sektoru üzrə vergi yığımında 21,2% azalma olub.

 

Dövlət büdcəsi 2 ayda: gəlirlər azalıb, xərclər artıb

2017-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsində 178,8 milyon manatlıq profisit yaranıb ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 5,8 dəfə azdır. budget.az saytının məlumatına görə, 2016-cı ilin ilk iki ayında yaranmış büdcə artıqlığının həcmi 1036,6 milyon manat olub.

 

Büdcə 2016: gəlirlərin 26%-i dekabr ayında, 42%-i sonuncu rübdə formalaşıb

Büdcə gəlirlərinin ¼-i sonuncu ayda, təxminən yarısı sonuncu rübdə formalaşan 2016-cı ilin dövlət büdcəsinin gəlirləri 4% çox, xərcləri isə 4,1% az icra olunub. budget.az saytının məlumatına görə, Maliyyə Nazirliyi rəsmi açıqlama yayıb. Nazirliyin rəsmi açıqlamasına görə, dekabr ayında büdcə gəlirləri 4535,7 milyon manat, sonuncu rübdə isə 7398,1 milyon manat icra olunub. 

 

 

2017-ci ilin dövlət büdcəsi: R Ə Y


İqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin ekspertləri 2017-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib. 

Son 10 ilin ən pis və dolaşıq salınmış büdcəsi

Ekspertlərin fikrincə, 2017-ci ilin dövlət büdcəsi son 10 ilin ən pis və dolaşıq salınmış büdcəsidir. Ən aydın olmayan məqamlardan biri İslam Həmrəyliyi Oyunları və «Formula 1» yarışlarının maliyyələşdirilməsidir. Bu iki iri tədbirin keçiriləcəyi ildə idmana 38,6 mln manat ayrılıb. Təkcə «Formula 1» yarışlarının keçirildiyi 2016-cı ildə idmana 444,9 mln manat ayrılmışdı.

 

Büdcə 2017: Ölkənin 3 böyük şəhərində sərnişindaşımaya 49 milyon manat ayrılacaq 

Gələn il ölkənin üç böyük şəhərində avtomobillə sərnişindaşıma sektoruna ümumilikdə 49 milyon manata yaxın vəsait ayrılacaq. Bu barədə budget.az 2017-ci lilin dövlət büdcəsi layihəsinə istinadən məlumat verir. 

2016-cı ilin 9 ayında dövlət büdcəsi: Neft Fondunun yaratdığı kəsiri Gömrük Komitəsi azaldıb

2016-cı ilin 2-ci rübündə dövlət büdcəsinin icrasında yaranmış 687,7 milyon manatlıq kəsir 3-cü rübdə bir qədər azalaraq 519,1 milyon manata düşüb. Neft Fondunun öhdəliyini 57,9% icra etməsi fonunda Gömrük Komitəsinin 25,6% artıq ödəməsi kəsiri azalda bilib. budget.az saytının məlumatına görə, bu barədə Maliyyə Nazirliyi rəsmi məlumat yayıb.

 

2017-ci ilin büdcəsi: nə var, nə yox?

2017-cı ilin dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat, xərcləri isə 16 milyard 600 milyon manat proqnozlaşdırılıb. budget.az saytının məlumatına görə, Maliyyə Nazirliyi rəsmi internet səhifəsində Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatını yerləşdirib.

Neft Fondu dövlət büdcəsində kəsir yaratdı

Fiskal qurumlarım öhdəliklərini artıqlaması ilə icra etməsinə rəğmən Neft Fondunun öhdəliyini tam yerinə yetirməməsi 2016-cı ilin ilk yarısında dövlət büdcəsində 687,7 milyon manat məbləğində kəsir yaradıb. budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulan transfertin təxminən yarısı köçürülüb.

 

“Neftin qiymətinin kəskin ucuzlaşması dövlət büdcəsinin icrasını mürəkkəbləşdirib”

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasını və icrasını mürəkkəbləşdirib. Bu da öz növbəsində büdcə vəsaitlərindən maksimum qənaətlə və daha səmərəli istifadə olunması məsələsini aktuallaşdırıb. Hesablama palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-ın müxbirinin bununla bağlı suallarını cavablandırır.

 

2015-ci ilin dövlət büdcəsi 84,3% icra olunub

Dünya əmtəə bazarlarında neftin ucuzlaşması fonunda 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 10%, xərcləri isə 15,7% kəsirlə icra olunub. Büdcə kəsiri 286,57 milyon manat olub. budget.az saytının məlumatı bu barədə mayın 31-də təsdiq edilmiş «Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında» Azərbaycan Respublikası Qanununa istinadən məlumat verir.

 

2016-cı ilin dövlət büdcəsi: I rübün icrası

2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3678,1 milyon manat, xərcləri 2623,5 milyon manat, büdcə profisiti isə 1054,6 milyon manat olub. budget.az saytı bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat verir.

 

Dəyişən büdcənin görünməyən tərəfləri...

Hətta spesifik anlayışları hamının asan başa düşməsi üçün “büdcə terminlərinin izahlı lüğəti”ni də hazırlayıb Maliyyə Nazirliyinin öz saytında yerləşdirə bilər. Amma hətta terminlər tam anlaşılmasa da, hər kəs büdcənin hər qəpiyinin hara xərcləndiyini dəqiq görmək imkanı olmalıdır. Bunun üçün Maliyyə Nazirliyinin hazırladığı vətəndaş bələdçisi və büdcəyə dair izahat, Hesablama Palatasının rəyi hərbi sirr istisna olmaqla bütün xərclərin son təyinatını dəqiq açmalıdır.

 

Dəyişən büdcə, ehtiyatları xərclənən Neft Fondu, hökumətdən məlumat ala bilməyən Palata

Neftin qiymətinin 2 dəfə azaldığı şəraitdə icmal büdcənin gəlirlərinin təxminən 5 milyard manat artırılması Fondun kəsirini əhəmiyyətli dərəcədə genişləndirir. Gözlənilən dəyişikliyə əsasən Fondun 2016-cı il büdcəsinin kəsirinin 4 milyard dollardan az olmayacaq. Bu kəsir ya devalvasiya, ya da Fondun xarici aktivlərinin əridilməsi hesabına təmin ediləcək. Hər 2 addım iqtisadiyyat üçün yaxşı perspektiv etmir. 

 

2015-ci ilin büdcə gəlirləri 12%, xərcləri isə 16% kəsirlə icra olunub

2015-ci ilin dövlət büdcəsinin proqnozunu tam icra etmək mümkün olmayb. Büdcə gəlirləri 88,2%, xərcləri isə 84,3% icra olunub. budget.az saytının məlumatına görə, bu barədə Maliyyə Nazirliyi açıqlama verib. Ötən il üzrə dövlət büdcəsinin mədaxili 17153,2 milyon manat, xərcləri 17786,8 milyon manat, dövlət büdcəsinin kəsiri isə 633,6 milyon manat olub.

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin dövlət büdcəsinə rəy hazırlayıb

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib. Bu barədə budget.az saytı Birliyə istinadən xəbər verir.

 



Baxış sayı: 98131

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb