Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Xəbərlər


Son 5 ilin ən aşağı dövlət büdcəsi təsdiqləndi

Dekabrın 7-də ölkə prezidenti 2016-cı il dövlət büdcəsini təsdiqləyib. Büdcə gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat proqnozlaşdırılıb. Bununla da büdcə xərcləri son 5 ilin ən aşağı həddinə düşüb. 2011-ci ildə dövlət büdcəsinin xərcləri 15,4 milyard manat olub. Dövlət büdcəsinin kəsiri 1 milyard 698 milyon manat olacaq

 

Xarici dövlət borcumuz 9 ayda 2 milyard manat artıb

2015-ci ilin 9 ayı ərzində Azərbaycan Respublikasının xarici dövlət borcu 2 milyard manat artaraq 7 milyard manata çatıb. Artıma səbəb əsasən fevral ayında baş vermiş devalvasiya olub. Milli valyutanın dəyərini 34% itirməsi xarici borcu manat ifadəsində kəskin artırıb. Artım həm də dollar ifadəsində baş verib. budget.az saytının məlumatına görə, bu barədə Maliyyə Nazirliyi rəsmi açıqlama verib.

 

Seçki kampaniyası büdcə müzakirələrini yekunlaşdırdı

Oktyabrın 14-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. budget.az saytının Milli məclisə istinadən verdiyi xəbərə görə, müzakirələrin yekunu olaraq büdcə və büdcə zərfinə daxil olan sənədlərin oktyabr ayının 20-də parlamentin IV çağırış payız sessiyasının son iclasında səsə qoyulması qərara alınıb.

 

 

Parlament 2016-cı il üzrə büdcə müzakirələrinə başladı

Oktyabrın 13-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb. budget.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə layihənin müzakirə olunduğu plenar iclasda iştirak edib.

 

Maliyyə naziri: "Cari ilin makroiqtisadi proqnozlarına üçüncü dəfə baxılıb"

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və Təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib. 

 

Büdcə xərclərinin ÜDM-də payı azalır

Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirə edib. budget.az saytının məlumatına görə, bu barədə “APA-Economics" xəbər yayıb.

 

«Hər il büdcənin onda biri borca gedəcək»

Məlumdur ki, 2016-ci ilin dövlət büdcəsində hökumət ciddi ixtisarlara gedib. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri cari ilin büdcə proqnozu ilə müqayisədə 25.1 faiz, xərcləri isə 23 faiz az olması gözlənilir. Gələn ilin büdcə kəsiri isə 1.6 milyard manat həddində proqnozlaşdırılıb. Neftin qiymətinin ucuzlaşmasını nəzərə alan hökumət büdcə layihəsində «qara qızıl»ın qiymətini 50 dollardan hesablayıb. 

2016-cı ilin büdcəsi: nə var, nə yox?

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri isə 16 milyard 264 milyon manat proqnozlaşdırılıb. Budget.az saytının məlumatına görə, Maliyyə Nazirliyi rəsmi internet səhifəsində Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatını yerləşdirib.

 

2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?

Büdcə gəlirlərinin formalaşması üçün neftin qiymətinin real həddə götürülməsi çox vacibdir. Hər il növbəti ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bu məsələ gündəmə gəlir. Ötən ildən başlayaraq dünya bazarlarında neftin 2 dəfədən çox ucuzlaşması onun büdcədəki qiymətinə diqqəti daha da artıb.

Vergilər Nazirliyinin dövlət büdcəsinə “töhfəsi” 5,9% azalıb

2015-ci ilin yanvar-avqust aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4,6 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% azdır. budget.az saytının məlumatına görə, Vergilər Nazirliyi cari ilin 8 ayı üzrə vergi daxilolmaları haqqında məlumat açıqlayıb.

Azərbaycanın “Açıq Büdcə İndeksi 2015”-də mövqeyi yüksəlib

Dünyada dövlət büdcələrinin şəffaflığını qiymətləndirən yeganə müstəqil və müqayisəli ölçü olan “Açıq Büdcə İndeksi”nin 2015-ci il raundunun nəticələri açıqlanıb. budget.az saytının məlumatına görə, Azərbaycan indeksdə 100 mümkün baldan 51 bal toplayaraq indeksin 2012-ci il raundunun nəticəsi (100 mümkün baldan 42 bal) ilə müqayisədə mövqeyini daha da yaxşılaşdırıb.

Prezident: “Gələn ilin büdcəsi real vəziyyəti nəzərə almalıdır”

“İlin sonuna qədər biz bütün lazımi tədbirləri görəcəyik ki, iqtisadi inkişaf davam etsin. Gələn il hökumət daha fəal, çevik işləməlidir ki, gələn il də iqtisadiyyatımız artsın”. Fins.az-ın dövlət televizyasına istinadən məlumatına görə, bunu bu gün prezident İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə deyib.

 

Hökumət 2016-cı ilin büdcəsini müzakirə edib

AZƏRTAC-ın məlumatına görə, sentyabrın 1-də Baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

 

2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Qanun layihəsi Parlamentin plenar iclasına tövsiyə olundu

Parlamentin İqtisadi siyasət komitəsinin mayın 18-də keçirilən iclasında 2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. budget.az saytının Milli Məclisin mətbuat xidmətinə istinadən  verdiyi məlumata görə, yığıncaqda “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı hesabat dinlənilib.

Regional Araşdırmaçı Jurnalistika Məktəbi investigator.az saytının təqdimatını keçirdi

budget.az saytının məlumatına görə, Regional Araşdırmacı Jurnalistika Məktəbi mayın 3-də Caspian Plazada veb-saytının təqdimatını keçirib. Layihənin koordinatoru Cavid Xəlilovun sözlərinə görə, üç dildə - azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən investigator.az saytı ölkəmizdə araşdırmacı-jurnalistlər üçün ilk və yeganə internet resursdur.

2012-ci ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 79 faiz icra olunub

budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2012-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3487,7 milyon manat,  xərcləri 2843,2 milyon manat olmuş, 644,5 milyon manat məbləğində büdcə profisiti yaranıb.



Baxış sayı: 104730

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb