Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Xəbərlər


Xarici borc sindromu
Hazırda dünyada xarici borc məsələsi hətta inkişaf etmiş ölkələri, o cümlədən ABŞ kimi nəhəng iqtisadiyyatları da silkələyir. O baxımdan, bunu sadəcə iqtisadi problem deyil, iqtisadiyyatların pataloji simptomlarının məcmusu kimi çıxış edir. Əslində, borca düşməni də müxtəlif qruplar üzrə təsnifləndirilməsi sərhədlərin tanınması baxımından daha doğru yanaşmadır.
Hökumətin 2012-ci ildə ayıracağı 5,8 milyard manatlıq investisiya xərclərinin siyahısı (YENİ)

Nazirlər Kabinetinin 6 fevral 2012-ci il tarixli, 24s saylı Sərəncamı ilə “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 5774100000,0 (beş milyard yeddi yüz yetmiş dörd milyon yüz min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”nü təsdiq edib. 

Sovet əmanətlərinin qaytarılması proseduru: kimlər, nə qədər və hansı şərtlərlə ala bilər?
Ölkə prezidentinin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanından sonra  Maliyyə Nazirliyində  yaradılan “Qaynar xətt”, eyni zamanda Nazirliyin rəsmi internet səhifəsində fəaliyyətə başlayan onlayn müraciət bölməsi vasitəsilə vətəndaşlardan gələn çoxsaylı suallar cavablandırılıb. 
Gənclər Fondunun rəhbərinin aylıq maaşı 1210 manat olacaq

Hökumət Gənclər və İdman Nazirliyi yanında fəaliyyət göstərəcək Gənclər Fondunun işçilərinin aylıq vəzifə maaşlarını təsdiq edib. budget.az saytının məlumatına görə, Nazirlər Kabineti martın 19-da bununla bağlı 70 saylı qərar verib.

2012-ci ildə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılmasına ayrılan vəsaitlərin siyahısı
Hökumət “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanunun qəbulu ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması ilə bağlı xərclərin bölgüsü”nü təsdiq edib. budget.az saytının məlumatına görə, bu barədə Nazirlər Kabineti sərəncam verib.
Bosniya və Hersoqovina ilə dostluğumuzun dəyəri 1 milyon dollara çatdı

Azərbaycan hökuməti Bosniya və Hersoqovinada "Dostluq Parkı" və abidə kompleksi ilə bağlı tikinti və təmir-bərpa işlərinin başa çatdırılması məqsədi ilə 400 min avro məbləğində çox vəsait ayırıb. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı növbəti dəfə sərəncam imzalayıb.

Büdcə təşkilatlarında çalışanların maaşları dəqiqləşdirilib
Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarını müəyyənləşdirib. budget.az saytının «APA-ECONOMICS»ə istinadən verdiyi məlumata görə, «Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında» Azərbaycan prezidentinin 2011-ci il 29 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə qəbul edilən qərarda 17 elm və digər təşkilatlarda çalışanların aylıq maaşları müəyyənləşdirilib.
“Evrovision-2012” mahnı müsabiqəsi üçün 64 milyon manatlıq konsert zalı
“Evrovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsinin keçiriləcəyi “Bakı Kristal Zalı”n  tikintisi təxminən 64 milyon  manata başa gələcək. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.
Rumıniyada “Heydər Əliyev” Xiyabanın tikintisinə 464 min avroya yaxın vəsait ayrılıb
Azərbaycan hökuməti Rumıniyada “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nın tikintisinə 464 min avroya yaxın vəsait ayırıb. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.
Meksikada parkların tikintisinə və abidələrin hazırlanmasına 7 milyon manata yaxın vəsait xərclənəcək
Hökumət Meksikada bir sıra parkların salınması və 3 abidənin hazırlanması üçün 7 milyon manata yaxın vəsait ayrılması barədə qərar qəbul edib. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.
Nazirlər Kabineti 2013-cü il dövlət büdcəsi layihəsinin hazırlanmasına start verdi
Nazirlər Kabineti yanvarın 26-da Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin ölkə prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə Sərəncam qəbul edib. budget.az saytının məlumatına görə, Nazirlər Kabinetinin mətbuat xidməti bu barədə açıqlama verib.
BVF Azərbaycana büdcə xərclərini azaltmağı tövsiyə edir
Beynəlxalq Valyuta Fondu Azərbaycanda inflyasiyanın səviyyəsinin nəzarətdə saxlanılması üçün 2012-ci ildə dövlət büdcəsi xərclərinin azaldılmasını tövsiyə edib. budget.az saytının «APA-ECONOMICS»ə istinadən verdiyi məlumata görə, bu barədə BVF tərəfindən Azərbaycan üzrə IV Maddəyə dair aparılan məsləhətləşmələrin yekunlarına həsr olunmuş Vaşinqton-Bakı video-konfransında BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.
2011-ci ilin dövlət büdcəsinin icrası: Neft Fondundan 203 milyon manat az vəsait köçürülüb
2011-ci il dövlət büdcəsinin mədaxili 15700,6 milyon manat, xərcləri 15394,7 milyon manat olub. Ötən il 305,9 milyon manat məbləğində büdcə profisiti yaranıb. budget.az saytı bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat verir.
Azərbaycan Serbiyada kilsə tikintisinə 650 min avroya yaxın vəsait ayrıb
Azərbaycan dövləti Serbiyada Müqəddəs Petka kilsəsinin tikintisi üçün təxminən 650 min avro məbləğində vəsait ayırıb. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.
Naxçıvanda Arpaçay Su Elektrik Stansiyasının tikintisinə 8 milyon manat xərclənəcək
Hökumət 2011-ci ildə bir sıra istiqamətlərdə ayrılan vəsaitlərin azaldılması hesabına Arpaçay Su Elektrik Stansiyasının tikintisi üçün 8 milyon manat məbləğində vəsait ayırıb. budget.az saytının məlumatına görə, Nazırlər Kabineti bununla bağlı müvafiq sərəncam verib.
2011-ci ildə orta illik inflyasiya səviyyəsi ikirəqəmli olub
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 12,03 faiz bahalaşma qeydə alınıb. Bu dövrdə Bakıda qiymətlər 15,76 faiz, regionlarda isə 8,46 faiz artıb. budget.az saytının məlumatına görə, bu barədə İqtisadi Tədqiqatlar Mərkəzi açıqlama yayıb.


Baxış sayı: 104732

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb