Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Xəbərlər


Hesablama Palatası 2012-ci il dövlət büdcəsi haqqında qanuna rəy verdi
budget.az saytının məlumatına görə, Hesablama Palatasının noyabrın 10-da keçirilmiş Kollegiya iclasında “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə edilərək layihənin Milli Məclisində müzakirəsinə tövsiyə edib.
Büdcə planlaşdırmasına gender yanaşması yoxdur (II hissə)
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, Milli Büdcə Qrupu İH üzvü Azər Mehtiyev Azərbaycanda gender siyasətini qiymətləndirir. Gender büdcəsinin tətbiqi, dünyada bu prosesin həyata keçirilmə təcrübəsindən danışır. Yürüdülən gender siyasətinin beynəlxalq səviyyədə qiymətləndirilməsinin nəticələrini açıqlayır.
Azər Bayramov: «Azərbaycan gələn il dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirəcək»
Bu ayın sonunda Milli Məclisdə Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsinə başlanacaq. budget.az saytının «APA-ECONOMICS»ə istinadən verdiyi xəbərə görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
BVF-nin missiya rəhbəri: “Azərbaycan hökumətinə inflyasiyanı aşağı səviyyədə saxlamaq tövsiyə olunub”

Azərbaycan üzrə missiyanın rəhbəri Nadim İlahi bildirib ki, Azərbaycan iqtisadiyyatı ölkədə neft hasilatının azalmasına baxmayaraq, nisbətən yüksək sürətlə artıb. Yaxın iki ildə ölkədə neft hasilatının artmayacağını söyləyən missiya rəhbəri qeyd edib ki, buna baxmayaraq, ölkənin qeyri-neft sektoru dinamik inkişaf edir. Onun sözlərinə görə, bu il qeyri-neft sektorunun artım tempinin 9% təşkil edəcəyi gözlənilir. Gələn il isə 6%-dən çox olacaq. İnflyasiya bu il 8% təşkil edəcək.

BVF: Gələn il dünyada neft və əmtəənin ucuzlaşması gözlənilir
Gələn il dünya bazarlarında neft və əmtəənin 5-6% ucuzlaşması gözlənilir. budget.az saytının məlumatına görə, bunu noyabrın 2-də Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş «World Economic Outlook» hesabatının Bakıda keçirilən təqdimatında çıxış edən Fondun Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.
2011-ci ilin dövlət büdcəsinin icrası: 9 ayda 244,1 milyon manatlıq profisit yaranıb
2011-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8978,9 milyon manat, xərcləri 8734,8 milyon manat olub. Hesabat dövründə 244,1 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Bu barədə budget.az saytı Maliyyə Nazirliyinə istinadən məlumat verir.
Büdcə planlaşdırmasına gender yanaşması yoxdur (I hissə)

Gələn ilin dövlət büdcəsində artımın ən azı 6.5 faiz olacağı gözlənilir. Lakin araşdırmalar göstərir ki, büdcədən qadın və kişilərin faydalanmasında ikincilərin xeyrinə fərq var. Zaman büdcədən maliyyələşən tədbir və proqramlara gender perspektivindən yanaşma tələb edir. Təəssüflər olsun ki, büdcə artımının fonunda hökumət hələlik bu yanaşmaya nail ola bilmir.

2012-ci ilin dövlət büdcəsi noyabrın birinci ongünlüyündə parlamentin müzakirəsinə çıxarılacaq
2012-ci ilin dövlət büdcəsi zərfinə aid olan sənədlər Milli Məclisə daxil olub. Bu barədə yap.org.az saytına parlamentin vitse-spikeri Bahar Muradova bildirib.
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu (layihə)
"Azərbaycan" qəzetinin 18 oktyabr tarixli sayında 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununun layihəsi dərc olunub. budget.az saytı Qanun layihəsini oxucuların diqqətinə çatdırır
Bu il büdcənin tam icra olunacağı gözlənilir
Bu il Azərbaycanda dövlət büdcəsi proqnozlarının tam yerinə yetiriləcəyi gözlənilir. budget.az saytını məlumatına görə, bu barədə "APA-Economıcs"ə Milli Məclisin deputatı, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.
2012-ci ilin dövlət büdcəsi layihəsi və dövlət investisiya xərclərinin ilkin bölgüsü (YENİ)
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələrini, dövlət investisiya xərclərinin ilkin bölgüsünü yerləşdirib. budget.az saytı həmin layihələri oxucuların diqqətinə çatdırır
10 ildə Dövlət Neft Fonduna 60 milyard dollar həcmində vəsait daxil olub
2001-2011-ci illərdə Dövlət Neft Fonduna 60 milyard dollar məbləğində vəsait daxil olub ki, onun bir hissəsi yığıma yönəldilib. budget.az saytının Trendə istinadən verdiyi məlumata görə, "Azərbaycanın dövlət müstəqilliyi: Sənaye-energetika kompleksi, yeni zirvələrə doğru yollarda" mövzusunda keçirilən "dəyirmi masa"da fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Dövlət büdcəsi 2012: Nazirlər Kabineti müzakirə edib Prezident Aparatına göndərdi
Sentyabrın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. budget.az saytının AzərTAc-a istinadən verdiyi məlumata görə, iclasda 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, ölkənin 2012-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmiş, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.
2012-ci ilin dövlət büdcəsi layihəsi Nazirlər Kabinetinə təqdim edilib
budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2012-ci il və sonrakı üç il üzrə dövlət büdcəsinin layihəsi artıq Nazirlər Kabinetinə təqdim edilib.
Dollar, avro, yoxsa qızıl?
Avropa Birliyi (AB) ölkələrinin borc problemi və ABŞ-ın kredit reytinqinin son 94 ildə ilk dəfə azaldılması bütün dünyada böyük bir panikaya səbəb oldu. İnvestorlar riskli aktivlərdən imtina etməyə başladılar. Sadə insanlar yeni böhran dalğası ilə bağlı xəbərləri təşvişlə izlədilər. İndekslər azaldı, qiymətli kağızlar dəyərini itirdi, dollar ucuzlaşdı, qızıl bahalaşdı.
İlin birinci yarısında Azərbaycanın xarici dövlət borcu 655 milyon dollar artıb
2011-ci ilin ilk 6 ayında Azərbaycan Respublikasının xarici dövlət borcu 17% artaraq 4,5 milyard dollara çatıb. budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, dövlət xarici borcunun adambaşına düşən həcmi 500 dolları ötüb.


Baxış sayı: 104733

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb