Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Xəbərlər


Hökumət 2012-ci il dövlət büdcəsi layihəsinin hazırlığına start verdi

Budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti 2012-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin prezidentə vaxtında təqdim olunması barədə sərəncam qəbul edib.

2011-ci ilin investisiya büdcəsi 3 milyard 380 milyon manat olacaq

Hökumətin 2011-ci il üzrə investisiya proqramında ümumilikdə 418 layihə nəzərdə tutulur. İnvestisiya büdcəsi isə 3 milyard 380 milyon manat təşkil edir. Proqramda ən böyük xərc istiqamətlərini nəqliyyat layihələri təşkil edir. Bu istiqamətə ötən ilkindən 305 milyon manat az vəsait ayrılıb. Bu il Əzizbəyov-hava limanı yoluna vəsait ayrılmayıb. Məlumat üçün bildirək ki, həmin layihəyə dövlət büdcəsindən 6 ildə 360 milyon manat vəsait xərclənib.

Avropa Birliyinin 2011-ci il üzrə büdcəsi təsdiq edildi
Budget.az saytının məlumatına görə, Avropa Parlamenti Strasburq şəhərində dekabrın 15-də keçirilən plenar iclasında Avropa Birliyinin 2011-ci il üzrə büdcəsini təsdiq edib.
“2011-ci il Dövlət Büdcəsinə dair Milli Büdcə Qrupunun Rəyi”açıqlanıb
budget.az saytının məlumatına görə, Milli Büdcə Qrupu dekabrın 8-də Avropa otelində keçirilən təqdimatda  2011-ci il dövlət büdcəsinə dair rəyini açıqlayıb.
Rusiya: Hökumət 2011-ci ilin federal büdcəsini təsdiq etdi
Rusiya hökuməti dekabrın 1-də 2011-ci ilin proqnoz və növbəti 2 ilin planlaşdırılmış büdcəsini təsdiq edib. Budget.az saytının Rusiyanın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yaxın 3 ildə federal büdcə əvvəlki 2 ildə olduğu kimi kəsirlə olacaq.
Ukraynada gələn ildən yeni Vergi Məcəlləsi qüvvəyə minir
Budget.az saytının məlumatına Ukrayna prezidenti Viktor Yanukoviç yeni Vergi Məcəlləsini təsdiq edib. 2011-ci ilin yanvar ayının 1-dən etibarən ölkə əhalisi yeni vergi ödəyəcəklər.
Almaniya: 2011-ci ilin büdcəsi qəbul edildi
Noyabrın 26-da Almaniya bundestaqı 2011-ci il üzrə büdcəni təsdiq edib. Bu, 2009-cu ilin payızında Anqela Merkelin başçılığı ilə liberallardan və mühafizəkarlardan ibarət yaradılmış yeni koalision hökumətin qəbul etdiyi ilk büdcədir. budget.az saytı bu barədə DW-WORLD agentliyinə istinadən məlumat verir. 
Rusiya: 2010-cu ildə büdcə kəsiri ÜDM-in 4%-i həddində ola bilər
2010-cu ilin sonuna Rusiya Federasiyasının dövlət büdcəsinin kəsiri ÜDM-in 3,5-4%-i həddində ola bilər. budget.az saytının məlumatına görə, bu barədə Londonda keçirilən bank forumunda Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Andrey Klepaç Londonda keçirilən bank forumunda açıqlama verib.
Milli Məclis 2011-ci ilin dövlət büdcəsini təsdiqlədi

budget.az saytının məlumatına görə, Milli Məclisin oktyabrın 22-də keçirilən növbəti iclasında 2011-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər qəbul edilib.

2011-cu ilin dövlət büdcəsi layihəsi Milli Məclis komitələrinin birgə iclasında müzakirə olundu
Oktyabrın 9-da Milli Məclisin Təhlükəsizlik və müdafiə, Hüquq  siyasəti  və  dövlət  quruculuğu,  İnsan  hüquqları,  Beynəlxalq  münasibətlər  və  parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2011-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi  keçirilib. Budget.az saytı bu barədə Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir.
2011-ci ilin büdcə layihəsi parlament komitələrindən keçdi

Milli Məclisin elm və təhsil, regional məsələlər və mədəniyyət komitələrinin oktyabrın 7-də keçirilən birgə iclasında 2011-ci ilin dövlət büdcəsi müzakirə olunub.

Ermənistanın dövlət borcu ÜDM-in yarısına çatıb
2010-cu ilin sonuna Ermənistanın dövlət borcunun həcmi ÜDM-in 42-44%-nə çatacaq. budget.az saytının ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin maliyyə naziri Tiqran Davtyan mətbuat konfransında bildirib.
Rusiya neft-qaz gəlirləri hesabına büdcə kəsirini örtməyəcək
Büdcə Məcəlləsinə edilmiş yeni dəyişiklik nəticəsində qadağa daha 3 il uzadıldı

Rusiya prezidenti Dmitriy Medvedyev oktyabrın 2-də Büdcə Məcəlləsinə dəyişik barədə qanun imzalayıb. budget.az saytının məlumatına görə, düzəlişlər büdcə xərclərinin təsnifatının təkmilləşdirilməsini, federal büdcənin neft-qaz gəlirlərinin istifadəsinə dair bir sıra normaların dayandırılması müddətinin uzadılması daxildir.

RÖVŞƏN AĞAYEV: “Büdcənin şəffaflığına şübhələr artır”
“2011-ci ilin büdcə artımı əslində Dövlət Neft Fondundan büdcəyə transfertlər hesabınadır”. İqtisadçı ekspert Rövşən Ağayev 2011-ci ilin dövlət büdcəsi haqda qanun layihəsini şərh edərkən belə deyib.
NAZİM MƏMMƏDOV: “Büdcənin neftdən asılılığını təbii qarşılamaq lazımdır”
Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov “Media forum”a açıqlamasında 2011-ci ilin dövlət büdcəsi layihəsini şərh edib.
Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə dəyişiklik edilib
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyəsi azaldıldı

Budget.az saytının Dövlət Neft Fondunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkə prezidentinin 30 sentyabr 2010-cu il tarixli fərmanı ilə Dövlət Neft Fondunun 2010-cu il büdcəsinə dəyişiklik edilib.



Baxış sayı: 161563

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb