Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Layihə barədə


«Elektron büdcə kitabxanasının yaradılması» layihəsi
 

Büdcə şəffaflığının və büdcə proseslərində ictimai iştirakçılığın təmin edilməsi məhz informasiyaların istənilən vaxt və operativ əldə edildiyi şəraitdə mümkündür. Bu isə ilk növbədə büdcə məlumatlarına əlçatanlığın effektiv mexanizmlərinin formalaşdırılmasını tələb edir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası qanununun 31-cimaddəsindədəqeydolunurki, informasiya sahibi ictimai informasiyanı elə üsulla açıqlamalıdır ki, bu informasiya ehtiyacı olan hər kəsə mümkün qədər tez çatsın. Hazırkı şəraitdə belə mexanizmlərin ən işlək forması büdcə informasiyalarının elektronlaşdırlımasıdır.

Lakin hazırda Azərbaycanda büdcə informasiyalarına ictimaiyyətin çıxışı sahəsində son dərəcə ciddi problemlər mövcuddur. Halbuki «İnformasiya əldə etmək haqqında» Qanunun 29-cu maddəsinə əsasən büdcə proqnozları və büdcənin icrasına dair məlumatlar ictimaiyyət üçün açıq olmalıdır. Bununla belə, hazırda qüvvədə olan «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası qanununun 14 cü maddəsi geniş ictimaiyyətin müfəssəl büdcə məlumatlarına çıxış imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Beləki, həmin maddə növbəti büdcə ili üzrə budcə layihəsilə birgə xərclərin iqtisadi və təşkilati təsnifatını özündə əks etdirən ətraflı sənədin, büdcədənkənar əməliyyatlara dair məlumatların, büdcədən maliyyələşən investisiya layihələrinin siyahısını və həmin siyahılar üzrə xərclərin məbləğinin mətbuatda dərcinə lüzum görmür. Nəticədə isə belə bir vəziyyət yaranır: əhali təhsilə ümumilikdə nə qədər vəsait ayrıldığını dərc olunan büdcə qanunu vasitəsilə əldə edə bilir, amma həmin vəsaitin hansı hissəsinin müəllimlərin məvacibinə, hansı hissəsinin məktəblərin istilik və dərslik təchizatına gedəcəyini görə bilmir;  əhali səhiyyəyə ümumilikdə nə qədər vəsait ayrıldığını dərc olunan büdcə qanunu vasitəsilə əldə edə bilir, amma həmin vəsaitin hansı hissəsinin həkimlərin məvacibinə, nə qədər dərman və sarğı ləvazimatına, hansı hissəsinin xəstələrin ərzaq təchizatına ayrıldığın görə bilmir. Mövcüd qanunvericilik böyük həcmli ililk büdcə hesabatlarının və məqsədli büdcə proqramlarının da tam şəkildə dərcinə qarşı sərt normalar müəyyənləşdirmir. Məsələn, 2008-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat təxminən 100 səhifə həcmində sənəddir. Amma mətbuatda onun yalnız cədvəllərdən ibarət (yenə də ümumi rəqəmlərin əks olunduğu) 3-4 səhifəlik hissəsi dərc olundu.

Səlahiyyətli dövlət qurumları budcə məlumatlarına əlçatanlığın təmin olunması sahəsindəki mövcud problemləri büdcə sənədlərinin bir neçə yüz səhifədən ibarət olması və yüzlərlə səhifədən ibarət məlumat toplusunun mətbuatdan dərcinin fiziki mümkünsüzlüyü ilə izah edirlər. Amma hökumət eyni arqmentlə büdcə zərfinə daxil olan sənədlərin Maliyyə Nazirliyinin və ya Nazirlər Kabinetinin saytında yerləşdirilməsinə də şərait yaratmır. Rəsmi yanaşma budur ki, fiziki həcmi həddən artıq böyük sənədlərin elektronlaşdırlaraq saytlarda yerləşdirilməsi həmin saytların işləmə sürətini ağırlaşdırar və hətta artıq yüklənmə onları istifadəsiz vəziyyətə gətirə bilər. Halbuki, məsələn, Rusiya Maliyyə Nazirliyininsaytında (http://www.minfin.ru) «zip» faylı variantında bu ölkənin 2009-2011-ci illər üzrə ümumi həcmi 3061 səhifədən ibarət büdcə layihəsi yerləşdirilib. Başqa sözlə, texnoloji baxımdan elektronlaşdırılan məlumatların yığcam hala salınması tamamilə mümkündür (ZİP, RAR və s. arxivləşdirmə proqramları vasitəsilə). Məlumatların bu cür arxivləşdirilməsi saytları izafi yüklənmədən tamamilə xilas edir.

Azərbaycanda büdcə məlumatlarının əlçatanlığı təkcə büdcə məlumatlarının qapalılığı ilə yekunlaşmır. Büdcənin xərc normativlərini müəyyənləşdirən olduqca vacib hüquqi sənədlər nə dərc olunur, nə də saytlara yerləşdirilir. Məsələn, məktəbəqədər təhsil və səhiyyə müəssisələrində ərzaq normalarına, xəstəxanalarda dərman və tibbi ləvazimatların istehlak normalarına, ayrı-ayrı dövlət orqanlarında geyim normalarına, xidməti avtomobillərin istismar normalarına və bu avtomobillərdən istifadəni reqlamentləşdirən normalara, büdcə təşkilatlarının kommunikasiya və istilik xərclərini müəyyənləşdirən normalara dair normativ-hüquqi sənədləri nə çap, nədə elektron formada əlçatanlıq təmin olunmayıb.                 

Beləliklə, yuxarıda qeyd olunan bütün arqumentləri ümumiləşdirsək, Azərbaycanda büdcə məlumatlarına əlçatanlığın təmin olunması sahəsində vətəndaş cəmiyyətinin ciddi iş aparmasına ehtiyac var. Doğrudur, Milli Büdcə Qrupu vasitəsilə hər il «Vətəndaşın büdcə bələdçisi» adlı nəşr buraxılır. Amma nəzərə alaq ki, əvvəla, həmin kitab cəmi 1000-1500 tirajla nəşr olunur. Bu isə ölkənin hər regionu üçün ən yaxşı halda 15-20 nüsxə deməkdir. Digər tərəfdən, bu kitab ilin əvvəlində buraxılır, amma son illər hökumət hər il ilin ortalarında büdcəyə dəyişiklik edir. Bu halda artıq həmin vəsait öz istifadə yararlığını itirir. Bütün bunları nəzərə Milli Büdcə Qrupu İqtisadi Təşübbüslərə Yardım İctimai Birliyinin təşəbbüsü ilə elektron büdcə kitabxanasının yaradılması ideyasını öz prioritetləri sırasına daxil edir.

Layihənin məqsədi büdcə məlumatlarının elektronlaşdırılması vasitəsilə geniş ictimaiyyətin, həmçinin bütün maraqlı tərəflərin (media, QHT-lər, siyasi institutlar, biznes qurumları və s.) büdcə məlumatlarına əlsatanlığının artırılmasıdır.    

Layihə 2 hissədə ibarət olub: büdcə məlumat bazası bankının təşkili və www.budget.az  internet portalının yaradılması

Bu məqsədləri reallaşdırmaq üçün aşağıdakı vəzifələrin həllinə nail olunub:

    • www.budget.az informasiya protalının yaradılması.
    • Hər il parlamentə təqdim olunan və büdcə xərclərinin təşkilati və iqtisadi təyinatını əks etdirən büdcə məlumatlarında ibarət BÜDCƏ MƏLUMAT BAZASININ yaradılması
    • Büdcə qanunvericiliyinin yerləşdirilməsi
    • investisya layihələrinin siyahısının elektronlaşdırılması;
    • büdcə məlumatlarına dair statistik məlumatların yerləşdirilməsi
    • Büdcə xərclərinə dair normativ-hüquqi aktlar toplanıb;
    • Dövlət büdcəsinə dair QHT-lər və müstəqil ekspertlər tərəfindən hazırlanmış tədqiqat və nəşrlərin toplanması
    • Büdcədənkənat fondlar barədə məlumatların yerləşdirilməsi
    • Dövlət qurumlarının büdcə hesabatlarının toplanması
 
Layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən maliyyələşdirilib.
 
 


Baxış sayı: 3682

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb