Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Milli Büdcə Qrupu


Milli Büdcə Qrupu (MBQ) 2006-ci ildə dövlət büdcəsinin araşdırmaları sahəsində fəaliyyət göstərən səkkiz qeyri-hökumət təşkilatları tərəfindən təsis edilən koalisiyadır. MBQ-nun hazırkı üzv təşkilatları İqtisadi Tədqiqatlar Mərkəzi (www.erc-az.org), Iqtisadi Təşəbbüslərə Yardim İB (www.sei.az), “Intellekt” İB, İctimai Vəsaitin Monitorinqi Mərkəzi (www.pfmc.az), Azad Iqtisadiyyata Yardım İB (www.freeeconomy.az), Iqtisadi Innovasiya Mərkəzidir.           

MBQ milli büdcənin şəffaflığı və səmərəli istifadəsinə yönəlmiş təşəbbüslərin ictimai marağa yönləndirilməsi missiyasını daşıyır və başlıca məqsədlərindən biri əsaslı iqtisadi tədqiqat və siyasi təkliflər vasitəsilə Azərbaycanın iqtisadiyyatına, milli büdcə prosesinin keyfiyyətinin artırılmasına və inkişafına dəstək olmaqdır. 2006-cı ildən bu günə qədər MBQ ölkədə iqtisadiyyat sahəsində aparıcı ekspertlərin işindən bəhrələnmişdir və Azərbaycan hökumətinin büdcə layihələrinə və onların icrasına müstəqil rəy irəli sürən yeganə təşkilatdir.

MBQ aşağıdakı istiqamətlər üzrə fəaliyyətlər göstərir:
  • Dövlət büdcə məlumatlarının populyarizasiyaı və onlara əlçatanlığın artırılması
  • Büdcə qanunvericiliyinin təkmilləşdirilməsi
  • Büdcə icrasında şəffaflığının, hesabatlılığın və səmərəliliyin təmin edilməsi
  • Büdcə prosesində və qərarların alınmasında ictimaiyyətin iştirakı və təsirinin artırılması
  • Beynəlxalq büdcə təşəbbüslərində iştirakın artırılması
  • Makro-iqtisadi dəyərləndirmə və təhlil
 

2010-cu ildə MBQ fəaliyyətinin səmərəliliyinin artırılması və sistemləşdirilməsi məqsədilə Milli Büdcə Ofisi (MBO) layihəsinin icrasına başlamışdır. MBO-nun əsas fəaliyyətləri:

  • dövlət büdcəsi prosesinə dair müstəqil tədqiqat və rəyin hazırlanması;
  • aylıq, rüblük və illik makroiqtisadi monitorinq və dəyərləndirmə;
  • büdcə məcəlləsi kodeksi konsepsiyasının hazırlanması;
  • vətəndaşın büdcə bələdçisi vəsaitinin tərtibi;
  • Azərbaycanın Açıq Büdcə İndeksi üzrə yerinin ölçülməsi üzrə tədqiqatdır.

MBQ bir sıra analitik məhsul, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinə aid məqalələr, təhlili və informativ hesabatlar və siyasət təkliflərinin müəlifidir.

MBQ nailiyyətləri arasında sosial, səhiyyə, sərmaye və regional büdcə xərcləri üzrə indikatorların tərtib edlməsi və həmin sahələr üzrə monitorinqin aparılması, Azərbaycan milli büdcəsinin şəffaflığının qitmətləndirilməsi və onun Açıq Büdcə İndeksi üzrə yeri, büdcə prosesinin və onun icrasının təhlili, Büdcə dinləmələrində Parlament üzvlərinin fəallığının monitorinqidir. MBQ tərəfindən hazırlanmış siyasi təkliflər Hökumət tərəfindən tətbiq edilmişdir. Hesablama Palatasına dair AR Qanununa dəyişikliklər, ilk dəfə olaraq 2008-ci il Dövlət büdcəsinə investisiya xərclərinin klassifikasiyasının daxil edilməsi, Dövlət Ünvanlı Sosial Yardım Proqramına əlavələrin edilməsi də onların arasındadır.

Əlavə məlumat üçün Milli Büdcə Qrupunun internet saytına daxil olun




Ünvan:
Cəfər Cabbarlı küçəsi, 44
Bаkı, Azərbaycan,  Az1065
Caspian Plaza, III. mərtəbə 9
Tel: 437 18 20 (daxili 104)

Baxış sayı: 3237

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb