Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


2011-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub


Parlamentə dövlət büdcəsinin və icmal büdcənin layihələri, 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası təqdim olunub.

budget.az saytının məlumatına görə, oktyabrın 1-də "2011-ci il Dövlət Büdcəsi haqqında" qanun layihəsi və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə üçün Milli Məclisə təqdim olunub.

"2011-ci il Dövlət Büdcəsi haqqında" qanun layihəsinə görə, gələn il dövlət büdcəsinin gəlirləri 12 milyard 061 milyon manat, eləcə də mərkəzləşdirilmiş xərclər 11 milyard 614 milyon manat, yerli xərclər 447,04 milyon manat təşkil edir. Xərclər hissəsi isə 12 milyard 748 milyon manat, mərkəzləşdirilmiş xərclər 12 milyard 748 milyon manat, yerli xərclər 1 milyard 308 milyon manat həcmində nəzərdə tutulur.

Strukturda Dövlət Neft Fondunun transfertlərindən əldə olunan gəlirlər 6 milyard 48 milyon manat səviyyəsində gözlənilir. Dövlət büdcəsi kəsirinin ən yüksək həddi 687 milyon manat səviyyəsində nəzərdə tutulub.

İcmal büdcənin xərclərinin maksimum həddi 15 milyard 129 milyon manat səviyyəsində proqnozlaşdırılır. DNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 8 milyard 705 milyon manat səviyyəsində proqnozlaşdırılıb.

Proqnozlar neftin bir barelinin qiymətinin 60 dollar səviyyəsində olması nəzərə alınmaqla hazırlanıb.


Baxış sayı: 1318

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb