Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


İlin birinci yarısında Azərbaycanın xarici dövlət borcu 655 milyon dollar artıb


2011-ci ilin ilk 6 ayında Azərbaycan Respublikasının xarici dövlət borcu 17% artaraq 4,5 milyard dollara çatıb. budget.az saytının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, dövlət xarici borcunun adambaşına düşən həcmi 500 dolları ötüb.

Maliyyə Nazirliyinin açıqlamasına görə, 1 iyul 2011-ci il tarixinə ölkənin xarici borcunun həcmi 4512,6 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-iyun ayların ərzində borcun həcmi 655,3 milyon dollar artıb. Halbuki ilin əvvəlində bu göstərici 3857,3 milyon dollara bərabər olub.

Son 2 ildə borcun həcmi 47% və ya 1,45 milyard dollar artıb. 1 iyul 2009-cu il tarixinə xarici dövlıt borcu
3071,8 milyon dollar təşkil edib.

Bununla da dövlət xarici borcunun ÜDM-a payı 8,1%-ə yüksəlib. Yanvarın 1-i tarixinə borcun ÜDM-də xüsusi çəkisi 7,42% olub.

2010-cu il yanvarın 1-də borcun həcmi 3421,8 milyon dollar və ya ÜDM-in 7,9 faizini təşkil edib.

Dövlət xarici borcunun adambaşına düşən həcmi ilin əvvəlindəki 428,6 dollardan iyulun 1-nə 501,4 dollara yüksəlib.


Baxış sayı: 1553

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb