Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Azər Bayramov: «Azərbaycan gələn il dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirəcək»


Bu ayın sonunda Milli Məclisdə Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsinə başlanacaq. budget.az saytının «APA-ECONOMICS»ə istinadən verdiyi xəbərə görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Onun sözlərinə görə, kifayət qədər konservativ olan büdcə layihəsində əvvəlki ilə nisbətən artım qeyri-neft sektorundakı artım səviyyəsində planlaşdırılır: «Bu ilin ikinci yarısında bir sıra sahələrdə əmək haqları artırılıb. Builki strateji hədəflərin davamı kimi bu proses gələn il ərzində də davam etdiriləcək. Məsələn, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əməkdaşlarının əmək haqları artırılıb».

A.Bayramov qeyd edib ki, büdcə layihəsində bir sıra sosialyönümlü xərclər də nəzərdə tutulub: «İnvestisiya layihələrinin maliyyələşdirilməsi davam etdiriləcək. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər təxminən builki səviyyədə olacaq. Məqsəd artıq başlanılmış investisiya layihələrinin, o cümlədən infrastruktur layihələrinin qısa zamanda başa çatdırılmasıdır».


Baxış sayı: 1518

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb