Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Vergilər Nazirliyi 10 ayda büdcəyə 4,8 milyon manat köçürüb


2011-ci ilin yanvar-oktyabr ayları üzrə Vergilər Nazirliyi tərəfindən 4 milyard 790,8 milyon manat məbləğində vergi və tədiyyələrin dövlət büdcəsinə daxil olması təmin edilib. budget.az saytı bu barədə Nazirliyin rəsmi saytına istinadən məlumat verir.

Nazirliyin məlumatına görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 430,9 milyon manat vəsait daxil olub və bu, ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çoxdur. Vergi daxilolmalarının 44,8 faizi mənfəət vergisinin, 22,8 faizi əlavə dəyər vergisinin, 11,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 13,1 faizi isə digər vergilərin payına düşür.

Bu dövrdə respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 58 min 952 olub. 2011-ci ilin 1 iyul tarixindən 31 oktyabr tarixinədək elektron qaydada qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı isə 6 min 622 nəfərdir. 1 noyabr 2011-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 413 min 513 təşkil edib.

Bu ilin 10 ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,4 faiz təşkil edir.


Baxış sayı: 1479

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb