Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Səfirlərimiz nə qədər maaş alır ?


Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri arasından ən çox maaşı Yaponiyada, ən az maaşı isə Orta Asiya ölkələrində çalışan səfirlərimiz alır. budget.az saytı bu barədə prezidentin müvafiq sərəncamına istinadən məlumat verir.

Ölkə prezidentinin 1923 saylı “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən ABŞ, Kanada, Koreya, Rusiya və BMT-də təmsil olunan səfirimizin aylıq maaşı 4500 dollar təşkil edir.

Səfirlərimiz arasında ən yüksək maaşı Yaponiyadakı diplomatımız alır. Onun aylıq maaşı 587400 Yen və ya 7640 dollara bərabərdir. Yapon milli valyutasının son aylar dollara nəzərən bahalaşması səfirimizin qazancını ABŞ valyutası nominalında artırıb.

Avropa Birliyinə daxil olan Almaniya, Avstriya, Belçika, Fransa, İsveç, İsveçrə, İtaliya, Niderlanddakı diplomatlarımız hər ay 5000 dollar (3700 avro) məbləğində məvacib alır. Avropa Şurası, BMT-nin Cenevrə şəhərində Bölməsi, NATO, YUNESKO kimi qurumlarda Azərbaycanı təmsil edən səfirlərin də maaşı 5000 dollara bərabərdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına göndərilən səfirlərimizin aylıq əmək haqqısı 4000 dollar (2575 funt sterlinq) təşkil edir.

Səfirlərimiz içində ən az maaşı Orta Asiyada işləyən diplomatlarımız alır. Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanda işləyən səfirlərimizə hökumətimiz ayda 2800 dollar ödəyir.

Digər ölkələr üzrə səfirlərin maaşı aşağıdakı kimidir:

  •  İspaniya, Macarıstan, Polşa, Xorvatiya, Yunanıstan - 4865 dollar (3600 avro)
  • Bolqarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Türkiyə - 4765 dollar (3525 avro)
  • Belarus, Gürcüstan, Moldova, İraq, Vyetnam – 3400 dollar
  • Argentina, Hindistan, İndoneziya, İordaniya, İran, Küveyt, Qətər, Qazaxıstan, Malayziya, Meksika, Mərakeş, Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tailand, Ukrayna – 3500 dollar
  • Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Cənubi Afrika Respublikası, Çin – 3700 dollar

Baxış sayı: 1745

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb