Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Milli Məclis 2012-ci il üzrə dövlət büdcəsini təsdiq etdi


Parlamentin dekabrın 6-da keçirilən növbəti iclasında 2012-ci il üzrə dövlət büdcəsi layihəsi təsdiq edilib. budget.az saytı bu barədə Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir.

Maliyyə naziri Samir Şərifov büdcə barədə çıxış edərək bildirib ki, 2012-ci il dövlət və icmal büdcə layihələrinin Milli Məclisin iclaslarında ətraflı müzakirəsi zamanı 74 deputat çıxış edib. Layihə barədə səslənən fikir və təkliflər təhlil olunub və bəzi məsələlər məqbul hesab edilib. Onun sözlərinə görə, deputatların təkliflərinin nəzərə alınması nəticəsində büdcədən əlavə 87,6 milyon vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, büdcənin xərclər hissəsi artırılaraq 17 milyard 72 milyon manata çatdırılır. Şərifovun sözlərinə görə, dövlət xərclərinin artırılması nəticəsində gəlirlər əvvəllər proqnozlaşdırılan 16 milyard 436,4 milyon manata qarşı 16 milyard 438 milyon manat, büdcə kəsiri isə 634 milyon manat olacaq.

Maliyyə nazirinin çıxışı deputatlar tərəfindən yüksək qiymətləndirildi və “Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra büdcə zərfinə daxil olan digər qanun layihələri də səsverməyə çıxarıldı.

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-cu il büdcəsi haqqında” qanun layihəsinə edilmiş dəyişikliklər barədə danışan fondun sədri Səlim Müslümov diqqətə çatdırdı ki, Milli Məclisdə  müzakirələr zamanı deputatlar bir sıra məsələlər qaldırmışlar. Həmin təkliflərə əsasən, əhalinin pensiyalarının verilməsini asanlaşdırmaq üçün Beynəlxalq Bank tərəfindən 50, Kapital Bank tərəfindən isə 23 əlavə bankomatın quraşdırılması qərara alınmışdır. Sığortalılar kateqoriyasına aid şəxslərin uşaqlarının sosial müdafiəsinin gücləndirilməsi üçün isə fondun büdcəsinə əlavə 100 min manatın ayrılması məqbul hesab edilmişdir.

Fondun büdcəsi təsdiqləndikdən sonra iclasda “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında”, Milli Məclisin və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında büdcə zərfinə daxil olan digər sənədlər də təsdiq edildi.

Sonra Milli Məclisin komitə sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik  edilməsi haqqında məsələ barədə məlumat verdi. Həmin dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi məsələlərindəki uyğunsuzluğu aradan qaldırmaq üçün vergi orqanlarının işçilərinin sosial müdafiəsini təmin etmək məqsədilə bu orqanların büdcədənkənar fonduna ayrılan məbləğin payı  5 faizdən 25 faizə qaldırılır.

Deputatlar məlumatı dinlədikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik  edilməsi haqqında məsələni səsə qoyaraq qəbul etdilər.



 

Baxış sayı: 1453

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb