Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


“Eurovision 2012” yarışmasına ayrılan vəsaitlər barədə ekspert rəyləri


«Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsinə rəsmi Bakının nə qədər vəsait xərcləyəcəyi əsas müzakirə mövzularındandır. 2011-ci ilin ikinci yarısında atılan addım bu haqda bəzi ehtimallara yol açdı. Belə ki, ilin əvvəlində dövlət büdcəsində 2 milyard manatlıq artım gözlənildiyi halda bu rəqəm 3 milyard manatı keçdi. Ekspertlər belə böyük həcmdə artımı «Eurovision» mahnı müsabiqəsi ilə əlaqələndirdilər. Hətta bir sıra xarici telekanallar Azərbaycanla bağlı reportajlarında da hökumətin beynəlxalq yarışa 1 milyard ABŞ dollar sərf edəcəyini qeyd ediblər.

Bu haqda yazılanların artıq geniş miqyas aldığını görən hökumət nümayəndələri jurnalistlər qarşısına keçərək, deyilənləri təkzib etməli oldular. Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əli Həsənov, maliyyə naziri Samir Şərifov ciddi cəhdlə bu rəqəmi inkar etdilər. Hər iki qurumun rəhbərliyi bildirdi ki,
bir sıra KİV-də sözügedən müsabiqəyə hazırlıq işlərinə dövlət büdcəsindən 1 milyrad ABŞ dollarının xərclənəcəyi ilə bağlı dərc olunan məlumatlar qeyri-dəqiqdir.

Belə olan halda, «Eurovision-2012» mahnı yarışına hazırlıq üçün nə qədər vəsait xərclənməsi nəzərdə tutulur? 


Konsertin keçiriləcəyi məkanlara 70 milyon manat ayrılıb


Gənclər və İdman Nazirliyinin rəsmi açıqlamalarında yarış üçün 3 yerin nəzərdə tutulduğu bildirilir: Bayraq Meydanı adlanan ərizadə inşa olunan yeni saray kompleksi, həmçinin Tofiq Bəhrəmaov adına Respublika Stadionu və Heydər Əliyev adına İdman və Konsert Kompleksi. Hazırda bunların ikinsində iş gedir. Yeni kompleksin inşaası üçün dövlət büdcəsindən 58 milyon manat, T.Bəhramov adına Stadionda bərpa və təmir işləri üçün Prezidentin Ehtiyat Fondundan 10 milyon manat vəsait ayrılıb.


Çox böyük ehtimalla hökumət yarışın Bayraq Meydanındakı Sarayda keçirilməsinə çalışacaq. Respulika Stadionu isə «B» planı kimi ehtiyat variantda saxlanılır. Beləliklə, yarışın keçiriləcək məkanın hazırlığı üçün 70 milyon manata yaxın vəsait ayrılması ilə bağlı rəqəmi inkar etmək mümkün deyil. 


310 milyon manatlıq dolayısı xərclər


Bundan əlavə dolayısı xərcləri də görmək mümkündür.

İqtsiadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun sözlərinə görə, «Eurovision-2012» mahnı yarışmasına hazırlıqla bağlı dolayısı xərcləri Nazirlər Kabinetinin 156 saylı sərəncamında görmək mümkündür: «Bu çərçivədə Bakı-Ələt avtomobil yolunun çəkilişi çərçivəsində Bayıl qəsəbəsindən Bayraq Meydanına qədər 2 km-lik avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması üçün 65 milyon manat, Bayraq Meydanının abadlaşdırılması və həmin ərazinin enerji infrastrukturunun yaradılmasına 55 milyon manat nəzərdə tutulub. Bakı şəhərində binaların təmiri, işıqlandırılması və əhalinin köçürülməsi üzrə xərc maddəsi də məhz «Eurovision»la bağlıdır. İlin ikinci yarısında bunun üçün 198 milyon manat ayrılıb. Rəqəmlər kifayət qədər şişirdilib. Burada Bakının kosmetik təmirindən söhbət gedir».

İqtisadçının fikrincə, təqribən 310 milyon manat yarışa hazırlıq üçün dolayısı xərclər hesab edilir. Bundan əlavə Bakının özünün yarışa qatılması üçün müğənni namizədlər arasında müsabiqə keçirilir. Həmin müsabiqənin təşkili zamanı ayrılan pullar barədə, ümumiyyətlə, indiyədək heç bir açıqlama verilməyib. Həmçinin taksi sürücülərinə ingilis dili kursları təşkil olunub. Bu kurslar adı altında da yəqin ki, müəyyən pullar «silinir». 


Birbaşa xərclərin həcmi 150 milyon


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev isə bildirdi ki, dövlət büdcəsində yarış üçün nəzərdə tulan dolayısı xərclərlə yanaşı birbaşa xərclər də var: «Bakının baş planı ilə bağlı heç bir layihə olmadığına görə nələrin planlaşdırılıb, nələrin planlaşdırılmadığını təyin etmək çox çətindir. «Bakı və Bakıətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramına»a cari ilin əvvəlində 300 milyon, may ayında isə 180 milyon manat əlavə vəsait ayrılması proqnozlaşdırılır. Burada bilmək olmur ki, 180 milyon manat yarışa hazırlıq məqsədi üçün ayrılıb, yoxsa yox?
 

Bundan əlavə Nazirlər Kabineti noyabrın 15-də yeni sərəncam verib. Həmin sərəncamda göstərilir ki, Ehtiyat Fondundan Maliyyə Nazirliyinə Bakıda keçiriləcək mötəbər beynəlxalq tədbirlər üçün 50 milyon manat vəsait ayrılsın. Həmin tədbirlərə 2012-ci ildə keçiriləcək Avropa Azərbaycanlıları Konqressinin 4-cu Qurultayı, Qəbələ şəhərindəki Beynəlxalq Musiqi Festivalı, «Eurovision 2012» Mahnı Yarışması, Üzeyir Hacıbəyova həsr olunmuş 4-cu Beynəlxalq Musiqi Festivalı daxildir. Həmin 4 tədbirin hansına nə qədər ayrıldığı göstərilmir. Çox güman ki, 50 milyon manatlıq vəsaitin böyük hissəsi «Eurovision» hazırlığı üçün xərclənəcək. Nazirlər Kabinetinin 10 avqust 2011-ci il tarixli 238 saylı sərəncamına əsasən, yarışın keçirilməsi ilə əlaqədar Avropa Yayım Birliyinə maliyyə təminatının verilməsi üçün İctimai Televiziyaya 8 milyon 501 manat vəsaitin ayrılması gözlənilir».

R.Ağayev bildirdi ki, yarış üçün ən azı 150 milyon manat birbaşa xərclər nəzərdə tutulub: «2012-ci ilin büdcəsindən isə nə qədər sərf ediləcəyi yanvarın sonununda Nazirlər Kabinetinin investiya xərcləri ilə bağlı yeni sərancamından sonra məlum olacaq».


Beləliklə, ekspertlərin üzə çıxardığı rəqəmlərə istinad etsək, təkcə 2011-ci ilin ikinci yarısında bu istiqamət üzrə təqribən 600 milyon manata yaxın vəsait nəzərdə tutulub.


Qeyd edək ki, 2008-ci ildə Serbiya müsabiqənin təşkilinə 10 milyon avro, 2007-ci ildə Finlandiya 14 milyon avro, 2006-cı ildə Yunanıstan 12 milyon avro, 2005-ci ildə Ukrayna 22 milyon avro xərcləyib. Neft ölkəsi olan Norveç müsabiqəyə cəmi 17 milyon avro xərc çəkib. Berlin 47 milyon avro xərclədiyini açıqlamışdı. Azərbaycan isə həmin vəsaiti yalnız konsert sarayının tikintisinə xərcləyəcək.


Vüsalə RÜSTƏMOVA


Baxış sayı: 1549

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb