Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Hökumətin 2011-ci ildə ayırdığı investisiya xərclərinin siyahısı (son dəyişikliklər)


2011-ci ilin iyun ayında dövlət büdcəsinə dəyişiklik edilərək onun gəlir və xərcləri artırılıb. Bu dəyişikliyin nəticəsi olaraq büdcədən ayrılan investisiya xərclərinin həcmi 2,5 milyard manat artırılıb. budget.az saytının Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bununla da yola saldığımız ildə dövlət büdcəsindən investisiya layihələrinə ayrılan vəsaitlərin həcmi təxminən 5,9 milyard manata yüksəlib.

Nazirlər Kabinetinin 25 yanvar 2011-ci il tarixli, 21s saylı “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü” sərəncamına dəyişiklik edilib.  

Nazirlər Kabinetinin iyunun 16-da qəbul etdiyi 156s saylı sərəncamla həmin vəsaitin həcmi artırılıb. Bu sərəncama əsasən dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3 milyard 380 milyon manat həcmində vəsait artırılaraq 5 milyard 864 milyon manata çatdırılıb.

budget.az saytı “İnvestisiyalar” bölməsində hökumətin 2011-ci ildə dövlət büdcəsindən ayırmağı planlaşdırdığı investisiya xərclərinin dəyişikliklərlər nəzərə alınmaqla tam siyahısını yerləşdirib. İnvestisiya xərclərinin siyahısı 2005-2011-ci illəri əhatə edir.

İnvestisiya xərcləri aşağıdakı istiqamətlərə yönəldiləcək:

2005-2011-cu illər üzrə investisiya xərclərinin strukturu

Aqrar və meliorasiya investisiyaları

Ekoloji investisiyalar

Hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanları üzrə investisiya xərcləri

İçməli su təchizatı layihələri

Mədəniyyət və idman sferası ilə bağlı investisiya layihələri

Nəqliyyat üzrə büdcə investisiyaları

Səhiyyə investisiyaları

Təhsil Nazirliyinin sərəncam verdiyi investisiya xərclərinin bölgüsü


Baxış sayı: 1629

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb